Səhifə

Haqqımızda

>_ Hello World

Azərbaycanda texnoloji insidentlərə dərindən toxunan, onları detalları ilə analiz edən dinamik bir resursun yoxluğunu hiss etdiyimiz üçün KhazriSec layihəsini başlatdıq. Məqsədimiz oxuyucunu sıxıcı korporativ PR-lardan uzaq tutmaq, ən mürəkkəb texniki məsələləri asan başa düşülən, kəskin və filtrlənməmiş şərhlərlə çatdırmaqdır.

//Arxitekturamız: Bizi biz edən xüsusiyyətlər

Blog əsas 3 kateqoriya üzərindən məlumat paylaşacaq:

//Cyber Report - Kiber raport

Bu bölmə altında kibertəhlükəsizliyə dair aktual məsələlərə toxunacağıq. İstər böyük məlumat sızıntılar, istər qlobal səviyyəli “source code” sızıntıları olsun bir çox mövzu bu sahə altında ehtiva oluancaq. Sulandırılmış, mənasız və sıxıcı izahlar yox, “raw data” üzərindən texniki analizlər paylaşılacaq.

//Local scene - Yerli səhnə

Ölkəmizdə baş verən texnoloji yeniliklər, yerli infrastruktur dəyişiklikləri, Azərbaycanda proqram təminatının inkişafına və startuplara dair xəbərlər bu başlıq altında yer alacaq.

//Tech trends - Texnologiya trendləri

Texnologiyanın qlobal inkişafı, development mədəniyyəti, “framework”lərin təkamülünə dair xəbərləri özümüzə-məxsus şərhlə sizlərlə bu kateqoriya altında bölüşəcəyik.

//Bizdən əvvəlkilərin izi ilə

Düşünürəm ki, bizlər kimi siz də texnologiya ilə bağlı xəbərləri xüsusilə daha yüksək tempdə olan Fireship (Code Report), The Primeagen və s. bənzər xarici mənbələrdən əldə edirsiniz. Biz də məhz bu dinamikadan ilhamlanaraq öz şərhimizlə qısa formatda, sürətli bir o qədər də öyrədici xəbərləri sizlərlə yerli mühitimizdə paylaşmaq istədik.

//Növbəti mərhələ

Qısa müddətdə sizlərə yeni xəbərlər, maraqlı məlumatlar, ciddi analizlər və “insider” məlumatlarla gələcəyik. Bizi izləmədə qalın.

$ exit
# KhazriSec logged out.