Local Scene 2 baxış

>_ Azərbaycan "Milli Superkompüter Mərkəzi" qurur

Azərbaycanın gizli AI strategiyası: Milli Superkompüter Mərkəzi yaradılır! Xarici bulud asılılığına son qoyan HPC infrastrukturu və rəqəmsal suverenlik.

#Innovasiya
>_ Azərbaycan "Milli Superkompüter Mərkəzi" qurur

Media hələ də köhnə mövzuları və standart e-hökumət yeniliklərini müzakirə edərkən, "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün fəaliyyət planı"nın dərinliklərində çox kritik bir layihə tapdıq. Azərbaycan rəsmi olaraq özünün Milli Superkompüter Mərkəzini yaratmağa hazırlaşır. Bu günə qədər heç bir yerli media orqanının toxunmadığı bu layihə, ölkənin gələcək AI (Süni İntellekt) və LLM (Böyük Dil Modelləri) strategiyasının əsas dayaq nöqtəsi olacaq.

// Niyə Superkompüter? Silicon Valley reallıqları və Bakının data səngəri

Bir ölkə niyə superkompüter mərkəzi qurar? Əgər sənin milli dil modelin (məsələn, Azərbaycan dilində rəsmi LLM), milli kibertəhlükəsizlik simulyasiya sistemlərin və böyük verilənlər (Big Data) analitikan yoxdursa, sən xarici bulud (cloud) nəhənglərindən – AWS, Google Cloud və ya OpenAI-dan asılı qalırsan. Superkompüter mərkəzi o deməkdir ki, Azərbaycan artıq sadəcə "istifadəçi" yox, həm də ağır riyazi hesablamaları, kiber-müdafiə alqoritmlərini və neft-qaz simulyasiyalarını öz lokal serverlərində emal edə bilən "istehsalçı" gücünə çevrilmək istəyir.

// Bare-Metal reallıqları: Milli Superkompüter Mərkəzinin texniki arxitekturası

KhazriSec olaraq sənədin sətiraltı bəndlərini mühəndis gözü ilə analiz etdik, layihənin sadəcə bir server otağından ibarət olmayacağı açıq-aydın görünür. Planın 2.3.4-cü maddəsində HPC (High-performance computing) klasterlərinin quraşdırılması tələb edilir. Bu mərkəz yerli süni intellekt modellərinin, LLM-lərin sıfırdan pre-train olunması və Big Data analitikası üçün əsas hesablama mərkəzi (compute power) funksyasını daşıyacaq.

Əsas bir neçə məsələyə xüsusi diqqət çəkmək istəyirəm:

  1. Hesablama gücü (Compute capacity): Regionda xarici bulud asılılığını (AWS, Google Cloudç Azure) minimuma endirmək üçün Nvidia H100/B200 GPU klasterinə bənzər infrastrukturun lokallaşdırılması. Bir çoxunuzun da məlumatlı olduğu kimi Azərbaycan qanunvericiliyinə əsasən ölkənin vətəndaşlarının məlumatları xarici cloud servislərdə saxlana bilməz. Bu çox yerində verilmiş və mükəmməl bir qərardır. Lakin eyni zamanda özü ilə bu ehtiyacın qarşılıqsız qalmasını da gətirir. Məhz bu layihə çərçivəsində Azərbaycanda böyük datalarla işləyən şirkətlər qeyd olunan problemlərdən qurtulacaqlar
  2. Data hub: Hökümət buludu və yeni biometrik rəqəmsal imza (”SİMA”) ekosistemindən gələn kütləvi məlumat axınının real zamanlı emalı üçün superkompüterin mərkəzi analitika mühərrikinə çevrilməsi.
  3. Developer və startap sektoru: Bu gücün sadəcə dövlət qurumları üçün qapalı qalmayıb, yerli AI startapları, akademik araşdırmalar və kibertəhlükəsizlik mühəndisləri üçün “böyük verilənlər poliqonu” kimi istifadəyə verilməsi planı.

>_ exit:

Fəaliyyət planından çıxan əsas nəticə odur ki, dövlət rəqəmsal suverenliyin proqram təminatı ilə bitmədiyini, həm də güclü daxili infrastruktur tələb etdiyini anlamağa başlayıb. Milli Superkompüter Mərkəzi yerli developerlər, kibertəhlükəsizlik mütəxəssisləri üçün yaxşı mənada böyük bir “oyun meydançası” ola bilər. Ümid edirik ki, bu layihə sadəcə konsepsiyada qalmayacaq.

>_ khazrisec --scan-doc "Rəqəmsal İnkişaf Fəaliyyət Planı 2026-2028"
[+] Target identified: Subsection 2.3.4 - Milli Superkompüter Mərkəzi
[+] Status: Hidden from mainstream media / Detected by KhazriSec
[+] Action: Deploying exclusive cyber report...
[SUCCESS] Post roadmap generated. Ready to commit to production.
$ exit

// Paylaş

Məqaləni Paylaş