Local Scene 2 baxış

>_ Telkodan Deep-Tech Şirkətinə: Azercell və AWS-dən Yerli LLM

Azercell və AWS-dən Azərbaycan dilində ilk real LLM platforması! Dilimizin "low-resource" sintaksis baryerini qıran arxitekturanı, bulud mühitində data pipeline-ların qurulmasını analiz edirik.

#Innovasiya
>_ Telkodan Deep-Tech Şirkətinə: Azercell və AWS-dən Yerli LLM

Azercell Telekom MMC Amazon Web Services (AWS) ilə birlikdə Azərbaycan dilində LLM təlimi üçün praktiki platforma qurub. Bu göstərir ki, artıq ənənəvi telekommunikasiya dövrü bitir və rəqəmsal transformasiya Azərbaycanda öz yerini tutur.

Hər kəsin OpenAI-ın API-ına sorğu göndərib “süni intellekt layihəsi” yaratmışam dediyi bu dönəmdə sıfırdan pre-train və fine-tune edilə biləcək bir infrastrukturun qurulmağı ciddi mühəndislik tələb edən, məşəqqətli bir işdir. Azercell-in AWS üzərində qurduğu bu modelin qlobal AWS platformasında uğurlu keys kimi göstərilməsi yerli komandanın mühəndislik potensialını sübut edir.

// Low-Resource Language: Azərbaycan dilinin sintaksis problemi

Azərbaycan dili rəqəmsal dünyada “low-resource” dillər kateqoriyasına aid edilir. Yəni dilimizin digital resursları məhduddur. Zəngin qrammatika, şəkilçi strukturunun dünya dillərindən fərqli olması və internetdə keyfiyyətli datasetlərin az olmasının yaratdığı problemlər fonunda bizim dil üçün LLM-lərin train edilməsi çox çətin bir proses halına gəlir.

Tokenizasiya (tokenization) mərhələsində ingilis dili üçün hər şey mükəmməldir, lakin bizim dildəki şəkilçilər və semantik incəliklər LLM-ləri "dəli” edir. Azercell və AWS-in bu mürəkkəb qrammatik mühit üçün böyük həcmdə mətnləri emal edə biləcək optimallaşdırılmış infrastruktur yaratması layihənin ən kritik və mühəndislik tələb edən hissəsidir. Raw data təmizlənmədən, düzgün data pipelinelar keçirilmədən heç bir LLM uğurlu ola bilməz.

//Süni İntellekt strategiyasının ilk real "commit"-i

Bu layihə “Azərbaycan respublikasının 2025-2028-ci illər üzrə Süni İntellekt strategiyası”nın əsas prioritetlərindən biridir. Belə strategiyalar adətən kağız üzərində qalır, lakin bu addım strategiyanın real koda çevrilmiş ilk “commit”idir.

Burada daha bir maraqlı nöqtə var: dövlətin gələcək planlarında yer alan Milli Superkompüter Mərkəzi (HPC klasterləri) layihəsi. AWS bulud mühitində qurulan bu LLM arxitekturası gələcəkdə xarici asılılığı minimuma endirmək üçün yerli Nvidia H100/B200 tensor nüvəli superkompüter infrastrukturuna köçürülə bilərmi? Düşünürük ki, uzunmüddətli hədəf tamamilə lokalizasiya və texnoloji suverenlik olmalıdır.

//Chat bot - smart = Customer - happy

Bu platforma gələcəkdə intellektual virtual köməkçilər, çat-botlar və fərdiləşdirilmiş müştəri xidmətləri üçün baza rolunu oynayacaq.

Developer olaraq hamımız bilirik ki, mövcud müştəri xidmətləri botları çox bəsit if-else / regex məntiqləri ilə işləyir. İstehlakçının yazdığı cümlədəki emosiyanı, sarkazmı və texniki problemi kontekst daxilində anlayan yerli LLM-lər bu ssenarini kökündən dəyişəcək.

Burda yeni bir sual da yaranır: Bu sistem Azercell-in daxili korporativ ekosistemi üçün qapalı qalacaq, yoxsa yerli developer və startap ekosisteminə API vasitəsilə açılacaq? İkinci ssenarinin olduğu təqdirdə yerli AI startap sektorunda əsl partlayış görə bilərik.

>_ exit: Success // Transformasiya Davam Edir

Azercellin bu investisiyaları həm rəqəmsal potensialını gücləndirdiyini, həm də ölkənin innovasiya mühitinə böyük töhfə verdiyini göstərir. KhazriSec olaraq yerli mühəndislərimizin AWS kimi qlobal nəhəngin rəsmi səhifəsinə çıxacaq səviyyədə arxitektura qurmasını alqışlayırıq. Bu platformadan ilk LLM modellərinin “deploy” olunmasını səbirsizliklə gözləyirik.

$ khazrisec --analyze azercell-aws-llm.log
[INFO] Loading AWS-Azercell AI infrastructure blueprint...
[INFO] Language Complexity: HIGH (Agglutinative Morphology detected)
[INFO] Status: Success story published on official AWS platform.
[SUCCESS] Pipeline deployed. AI Strategy 2025-2028 is compiling...
$ exit --status: 0

// Paylaş

Məqaləni Paylaş