Tech Trends 2 baxış

>_ R.I.P Google Search

Google Search-ün 25 illik bəsit axtarış qutusu interfeysi arxivə gedir! "Information Agents", runtime-da formalaşan Generative UI, Gemini Flash 3.5 təhlükəsi və internet trafikinin monopoliyalaşdırılmasının pərdəarxası kiber-analizi. Privacy status: COMPROMISED.

#Innovasiya
>_ R.I.P Google Search

TechCrunch-dan Sarah Perezin də dediyi kimi: “The era of the “ten blue links” is officially over.”.

Google 25 illik bəsit axtarış qutusu interfeysini arxivə göndərir, yerinə istifadəçiləri tamamilə süni intellekt yönümlü interaktiv təcrübələrə və “generative UI” mühitinə salmaq istəyir. Bu AI overview məsələsi yeni deyil, artıq uzun müddətdir ki, Google-da axtarış etdiyim zaman ilk çıxan nəticə AI overview olurdu. Google bu strategiyanı bir addım daha irəli apararaq istifadəçinin artıq linklərə klikləmək əvəzinə AI Mode-da davam etməsini istəyir. Axtarış mühərriki artıq passiv bir indeksator deyil, dinamik olaraq runtime-da interfeys quran bir maşındır.

// Antigravity və information agents: Arxa fondakı 24/7 scraperlər

Google-un Antigravity platforması üzərində qurulan “Information Agents” (məlumat agentləri) ənənəvi axtarış sistemini dəyişir. Agent sizin axtarışına uyğun olaraq bloglarda, xəbər saytlarında, sosial media üzərində və real vaxt ərzində yenilənən maliyyə, alış-veriş, idman haqqında məlumatları ağıllı şəkildə araşdırıb sizin önünüzə çıxaracaq. Başqa bir sözlə agent sizin yerinizə arxa fonda daimi işləyərək istifadəçi adından məlumat toplayacaq.

Bu funksiya rahatlıq üçün əladır, amma bildiyimiz bir şey var ki, convenience və privacy bir tərəzinin iki gözü kimidir. Biri ağır gəlsə digəri mütləq yüngülləşir. Google onsuz da məlumatlarımı yetəri qədərilə özündə saxlayıb onu big data olaraq müxtəlif şirkətlərə pul müqabilində satırdı. Bu yeni funksiya isə qeyd olunan prosesin daha şiddətli bir hal almasına gətirib çıxaracaq.

Təsəvvür edin istifadəçi öz maliyyət məlumatlarını, təqvimlərini və şəxsi parametrlərini Google Agentlərinə öz xoşu ilə onun adından işlətmək üçün verir. İcazəsi olmadığı təqdirdə bu qədər irəli gedən Google-un belə bir icazə sonrası nələr edə biləcəyini düşünmək çətindir.

// Linklərin ölümü və internet trafikinin monopoliyalaşdırılması

Google artıq istifadəçiləri digər saytlara (publisher, media, bloglar) yönləndirmək istəmir, trafiki öz ekosistemi daxilində saxlamaq qərarındadır. Bunun ən real nümunəsini Gemini Flash 3.5-in çıxışından sonra görə bilərik. Bu model media sahəsinə çox ciddi zərbə vurdu çünki, artıq həm google-un geniş axtarış imkanlarından həm də LLM-lərin kontekstə uyğun datanı daha qısa, başa düşülən formada bizə təqdim edilməsindən istifadə edə bilən istifadəçi rahatlığı seçdi.

Təbii ki, bu məsələ də ciddi narahatlıq doğurur. Çünki internetdəki bütün kontent bu maşınlar tərəfindən oxunub “həzm edilir” və istifadəçiyə yalnız sintez olunmuş nəticə verilir. Bu da o deməkdir ki, istifadəçilər məlumatın ilkin mənbəyini yoxlaya bilmirlər. Məhz bu closed loop (qapalı dövrə) məlumat mühiti, dezinformasiya manipulyasiyası və istifadəçi davranışlarının kütləvi izlənilməsini (data harversing) daha rahatlaşdırır.

>_ exit: // "Spark" bizi xilas edəcək, yoxsa indeksləyəcək?

Sundar Pichai-nin hər kəs üçün pulsuz olacağını vəd etdiyi “Spark” adlı şəxsi AI agenti bizə böyük imkanlar və eyni zamanda böyük təhlükəsizlik riskləri də gətirəcək.

“Cliche” səslənsə də hər hansı məhsul pulsuzdursa, ordakı məhsul biz özümüzük düşüncəsilə yola çıxaraq bu qənaətə gəlmək olar. Artıq axtarış etdikdə “intelligent search box”a sadəcə axtarış yazmırıq, eyni zamanda öz rəqəmsal izimizi məlumat yeyən bu maşına ötürürük.

[email protected]:~$ ./analyze_google_io.sh --mode=agentic
[+] Spawning information agent... OK
[!] WARNING: Google Antigravity is processing personal_calendar.json
[!] WARNING: Excessive data harvesting detected on background agents.
[+] Referral traffic to open web: DECIMATED (-85%)
[+] Privacy status: COMPROMISED
khazrisec@baku-backbone:~$ exit --sys-admin

// Paylaş

Məqaləni Paylaş