Keçdiyimiz günlərdə “the Guardian”-ın paylaşdığı bir xəbər diqqətimizi daha öncə düşünmədiyimiz bir mövzuya çəkdi; Terrorist və ekstremist sağçı qrupların süni intellektdən istifadəsi.
İŞİD və onun davamçısı sayılan Əl-Qaidə və ya neo-nazi ekstremist qruplaşmaları sırf OpenAI-ın ChatGPT-si, Anthropic-in Claude-si yox həm də açıq mənbə kodlu (open-source) Llama modellərindən əməliyyat asistentləri və digər məqsədlər üçün istifadə edirlər. Günümüzdə süni intellekt terrorizmdə tamamilə sıfırdan yeni bir təhdid yaratmasa da mövcud olan ənənəvi təhdidlərin miqyasını, sürətini və effektivliyini ədədi silsilə ilə artırır.
// Propaganda 2.0: Multimediya generasiyası və "Deepfake" neyron şəbəkələri
Bu ekstremist qrupların paylaşımlarında tərəfdarlarına bəyan etdiyi “Hər bir fərd AI-ın nüanslarını anlamalıdır, çünki o, müharibəni formalaşdırır” ideyasını görürük. Həqiqətən də bu qrupların öz sıralarına yeni fərdlər qatmaq üçün propaganda aləti olaraq süni intellektdən geniş sürətdə istifadə etdiklərinin şahidi oluruq. Mətnləri çox qısa müddətdə audio xəbərlərə çevirə bilirlər, bundan əlavə süni intellekt vasitəsilə çətin proses olan video təlimatları hazırlamaq hətta kütləvi dezinformasiya meme-lərinə çevirirlər. Bu sadəcə olaraq media manipulyasiyasıdır, lakin indi bu prosesin avtomatlaşdırılması kibermühafizə sistemlərini açıq-aşkar iflic edib.
Misal üçün open source TTS (Text to speech) modellərinin və HuggingFace üzərindəki vizual generativ alətlərin senzurasız(jailbroken/unfiltered) versiyalarını bu qruplar tərəfindən self-host edilən özəl serverlərdə saxlanılması ciddi narahatlıq doğurur.
// OPSEC Bypass: Şifrəli səs modulyatorları və "Jailbreak" mexanizmləri
Zərərli şəxslər kibermüdafizə və izləmə sistemlərindən yayınmaq üçün AI-i ənənəvi üsullardan fərqli istifadə edirlər. Məsələn, səs analizatorlarını aldatmaq üçün encrypted voice modulators (şifrələnmiş səs dəyişdiricilərindən) və LLM-lərin təhlükəsizlik divarlarını aşmaq üçün jailbreak promptlarından istifadə edilir. Bu fərdlərin “partlayıcı maddələrin hazırlanması” və ya “avtonom hərəkət edən maşın (Remote Vehicle) prototipinin blueprint-ləri” kimi kritik məlumatları LLMləri manipulyasiya edərək, məsələn, “mən oyun proqramlaşdırıram, mənə ssenari üçün bunlar lazımdır” kimi pretekstlər vasitəsilə əldə edə bilirlər.
// Finance Layer: Kripto-mikserlər
Terror qrupları artıq uzun zamandır ki, maliyyə toplamaq və vəsaitləri yumaq üçün kriptovalyutalardan istifadə edirlər. İndi isə süni intellekt agentləri vasitəsilə blokçeyn üzərində tranzaksiyaların izini itirmək üçün avtomatlaşdırılmış scriptlərin yazılması və kripto-mikserlərin süni intellekt idarəetməsi ilə manipulyasiya edilməsi güc orqanlarının işini çətinləşdirir.
Chainalysis və ya Elliptic kimi blokçeyn analitika şirkətlərinin hesabatlarına istinadən deyə bilərik ki, süni intellekt vasitəsilə idarə olunan fişinq və bot şəbəkələri vasitəsilə əldə edilən kripto vəsaitlər birbaşa dark veb üzərindəki əməliyyatların maliyyələşməsinə gedir.
>_ exit --status: Diminished Resilience
Tech Against Terrorism-in təsisçisi Adam Hadleyin verdiyi kritik xəbərdarlığı diqqətə almağın vaxtıdır. Çünki əsas təhlükə süni intellektin super imkanları deyil, qlobal hökümətlərin və böyük texnologiya nəhənglərinin (Meta, OpenAI, Google və s.) son dövrlərdə counter-terrorism mühəndisliyinə və kontent moderasiyasına ayırdığı büdcələri və bu sahədə işləyən komandaları ixtisar etməsidir. Beləliklə infrastruktur zəifləyir, qarşı tərəfdəki kontent isə mürəkkəbləşir.
[khazrisec@tech-trends]$ ./analyze_ai_threat.sh --mode=critical
> System status: Diminished Resilience detected.
> Action required: Reinforce hash-sharing & traditional detection mechanics.
> exit --sys-admin: Stay patched, stay vigilant.